“Neftçi” futbolçusu Turan Vəlizadə ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar"  20 yaşlı yarımmüdafiəçi ilə 2023-cü il mayın 31-dək razılığa gəlib. 2020/2021 mövsümünü icarə əsasında “Keşlə”də keçirən Vəlizadə daha 1 il müddətinə bu kluba icarəyə göndərilib.

Qeyd edək ki, Turan Vəlizadə 2018-2020-ci illər ərzində “Neftçi”nin heyətində 2 rəsmi oyunda meydana çıxıb.

"Neftçi" daha öncə Rəhman Hacıyevlə də müqavilənin müddətini artırıb və "Keşlə"yə icarəyə verilib.