“Zirə”nin futbolçusu David Volkov cərrahiyə əməliyyatı keçirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu İstanbulda çiyinindən artroskopik əməliyyat edilib. Volkovun 6 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, D.Volkov zədələndiyi üçün bu ilin martında da əməliyyat olunmuş və uzun müddət yaşıl meydandan kənarda qalmışdı.