Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər bəlli olub.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi Dumitru Munteana olacaq. Ona Vadim Vikol və Vladislav Lifciu kömək edəcək.

Qeyd edək ki, Belarus - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.