Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Belarusla qarşılaşıb. Minskdəki "Dinamo" stadionunda oynanılan matçda millimiz hesabda geridə olsa da, yekunda qalib gəlib - 2:1.

Qeyd edək ki, millimiz bundan əvvəl Türkiyəyə 1:2 hesabı ilə uduzmuşdu. Komandamız iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.

2 iyun
Yoldaşlıq görüşü
20:00. Belarus - Azərbaycan 1:2

Qol: Maksim Skaviş, 56 - Bədavi Hüseynov, 73, Ramil Şeydayev, 90+1
Minsk, "Dinamo" Milli Olimpiya Stadionu.

Heyətlər:

Belarus: 12. Pavlyuçenko, 2. Peçenin. 3. Şvetsov, 4. Volodko, 5. Bıkov, 6. Xadarkeviç, 9. Ebonq (k), 11. Skaviş, 13. Zolotov, 14. Yablonski, 20. Antilevski

Azərbaycan: 1. Emil Balayev, 18. Anton Krivotsyuk, 4. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 21. Toral Bayramov, 7. Namik Ələskərov, 9. Əli Qurbani