"Sabah" klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Bəxtiyar Həsənalızadə ilə yeni anlaşma imzalayıb. 28 yaşlı müdafiəçi daha bir il "Sabah"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, ötən ilin dekabrından "Sabah"da çıxış edən Bəxtiyar Həsənalızadə son mövsümdə 8 oyuna çıxıb.