"Keşlə" idman direktoru Ceyhun Sultanovla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, sabiq futbolçu öz istəyi ilə vəzifəsini tərk edib. 

"Başlıcası odur ki, müqaviləm bitib. Bəzi planlarım var və onun üzərində işləməyə çalışacağam. İstefaya göndərilmədim. Sadəcə, rəhbərliklə görüşdük. Müqaviləm bitdiyi üçün belə bir qərar verdik. Rəhbərliyə təşəkkür etdim və "Keşlə"də işlədiyim müddətdə mənə dəstək olduqları üçün minnətdarlığımı bildirdim".

Qeyd edək ki, "Keşlə" daha öncə klubun Mətbuat xidmətinin rəhbəri Murad Axundovla da vidalaşıb (Report).