“Zirə” futbolçusu Davit Volkovla müqavilənin müddətini uzadıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Zirə"ylə yeni anlaşma imzalayan gürcüstanlı hücumçu 2022-ci ilin iyununadək "qartallar"ın formasını geyinəcək.

Qeyd edək ki, 26 yaşlı forvard 2020-ci ilin yanvarından "Zirə"nin şərəfini qoruyur.