Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri Bosniya və Hersoqovina millisindəki maaşı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis aya 15 min avro qazanacaq. Bu isə ildə 180 min avro deməkdir. Bu rəqəm onun Azərbaycanda aldığı maaşdan təxminən 5.5 dəfə azdır.

AFFA yeni müqavilə imzalamasından ötrü 49 yaşlı mütəxəssisə ildə 1,5 milyon avroluq yeni müqavilə təklif edib. Lakin Prosineçki Azərbaycan millisində maksimuma nail olduğunu bildirərək, təklifdən imtina edib. Bundan başqa, mütəxəssisin Sloveniya millisin illik 350 min avroluq təklifini də müsbət cavablandırmadığı vurğulanıb.

Xəbərdə o da qeyd olunub ki, Prosineçki millinin "Avro-2020"nin final mərhələsinə yüksəldəcəyi təqdirdə, 300 min avro mükafat alacaq.

qol.az