"Sabah” klubu qapıçısı Saşa Stamenkoviçlə yeni müqavilə bağlayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 1 ildir.

Qeyd edək ki, Stamenkoviç 2018-ci ildən Bakı təmsilçisində çıxış edir. Serbiyalı qolkiper “Sabah”da ən çox oyun keçirən futbolçudur. Stamenkoviç komandanın heyətində bütün turnirlərdə cəmi 64 oyun (60 oyun Premyer Liqada, 4 oyun ölkə kubokunda) keçirib.