21 yaşa qədər futbolçulardan ibarət seçməmiz bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komandamız ukraynalı həmyaşıdları ilə qarşılaşıb. Paytaxt Kiyevdə, “Bannikov” stadionunda keçirilən qarşılaşmada millimiz minimal hesabla qalib gəlib - 1:0. Yeganə qolu 17-ci dəqiqədə Musa Qurbanlı vurub.

Qeyd edək ki, millimiz sabah Özbəkistanın U-21 yığması ilə qarşılaşacaq.