Ramin Quliyev daha iki il "Sabah"ın baş məşqçisi olacaq.

Offsideplus.az xəbər verir ki, "Sabah" 39 yaşlı mütəxəssislə yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bu ilin mart ayından komandanın sükanı arxasına keçən Quliyev 2023-cü ilədək Bakı təmsilçisinə rəhbərlik edəcək. 

Qeyd edək ki, "Sabah" 2020-21 mövsümünü 5-ci pillədə bitirib.