"Sabah” klubundan ayrılan Təmkin Xəlilzadənin yeni ünvanı müəyyənləşib.

 Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Zirə"yə keçib. "Qartallar"ın rəsmi saytı futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, 2015-17-ci illər aralığında "Zirə"nin şərəfini qorumuş 28 yaşlı oyunçu daha əvvəl "Qarabağ", AZAL, "Qəbələ" və "Sabah"da çıxış edib. Azərbaycan millisinin üzvü olan Xəlilzadə yığmada 22 oyunda 3 qol vurub.