"Qarabağ" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, Aödam təmsiliçisi Bədavi Hüseynovla yeni anlaşma imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2012-ci ildən "Qarabağ"da çıxış edən 29 yaşlı müdafiəçi ilə müqavilənin müddəti iki illikdir. 

Qeyd edək ki, daha öncə kapitan Maksim Medvedevlə 2023-cü ilədək müqavilə imzalanmışdı.