"Sumqayıt" Azərbaycan Kubokunun finalında "Keşlə"yə məğlub olub (2:1).

Offsideplus.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın prezidenti Riad Rəfiyev jurnalistlərə açıqlama verib. 

"Bəzən elə olur ki, hər şey istədiyiniz kimi alınmır. Biz də qələbə istəyirdik. Son dəqiqələrdə hücumçumuzun zərbəsi qapı tirindən qayıtdı. Futbolda belə şeylər olur. Rəqibi təbrik edirəm. Zaur Axundov yaxşı klub qurub. Sonda niyyətlərinə çatdılar".

Az büdcə ilə uğurlu çıxış etməyinizin səbəbini nədir?

"Burada bir və ya iki səbəb yoxdur. Burada çox səbəb var. Onları sadalasaq, yarım saat burada danışmalıyıq. Düzgün iş qurmuşuq ki, yerli futbolçularla bu yerlərə çatmışıq. Avrokuboklardan əvvəl maliyyə problemlərinin olacağı görünmir. Sponsorlarımız kluba tam olaraq dəstək verirlər. Onlara öz minnətdarlığımı bidirirəm".

Hər il komandada çoxlu dəyişikliklər olur. Heyəti qoruyub, saxlaya biləcəksinizmi?

 "Bu, yəqin ki, apardığımız düzgün seleksiya ilə əlaqədardır. Oyunçularımıza kifayət qədər böyük təlabat var. Bu futbolçularla yolumuza davam etmək niyyətindəyik. Ötən mövsüm avrokuboklar öncəsi gec toplandıq. Komandanı gec yığmağımızın səbəbləri var idi. Bu il hər şey qaydasındadır. Çalışacağıq ki, avrokuboklarda mümkün qədər irəli gedək".