Keysuke HondaAhmed Ahmedov “Neftçi”dən ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə “flaqman"ın baş məşqçisi Samir Abasov “Neftçi” TV-yə açıqlamasında məlumat verib. Mütəxəssis müqaviləsi bitən hər iki futbolçunun klubu tərk etdiyini bildirib.

Honda bu ilin martında “Neftçi” ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalamışdı. “Ağ-qaralar”ın heyətində Premyer Liqada çempionluq yaşayan Honda, çempionatda 8 oyunda 2 qol vurub.

Ahmed Ahmedov isə Bolqarıstanın ÇSKA klubundan yanvarda icarə əsasında “Neftçi”yə keçib. O, “ağ-qaralar”la Premyer Liqada 9 oyunda 1 qol vurub.