“Sabah” klubu müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyov, Amadu Diallo Alvaro Vilyete ilə yollarını ayırıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mirzəbəyov və Diallo 2019-cu ilin iyun ayından “Sabah”ın uğurları üçün çalışırdı. Vilyete isə ötən ilin sentyabr ayında Kolumbiyanın “Patriotas” klubundan mövsümün sonuna kimi icarəyə götürülmüşdü.

“Sabah” klubu hər 3 futbolçuya xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.