"Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov Premyer Liqamızda 2020/2021 mövsümünün bombardiri olub.

Offsideplus.az PFL-nin rəsmi syatına istinadən xəbər verir ki, o, "ağ-qaralar"ın heyətində bu uğura nail olan 8-ci futbolçudur. Ona qədər Samir Ələkbərov, Nazim Əliyev, Qurban Qurbanov, Bahodir Nasimov, Nikolas Kanales, Stiven Monroz və Baqali Dabo bombardir olub.

Qeyd edək ki, 19 qol vuran Namik son 8 mövsümün ən məhsuldar bombardiridir. Sonuncu dəfə belə yüksək məhsuldarlığa 2013/14 mövsümündə rast gəlinib, Reynaldo 22 dəfə fərqlənib.