"Neftçi""Qarabağ"ın sabiq futbolçusu Donald Vild-Gerye çempionluq münasibətilə "Neftçi"ni təbrik edib.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İnstaqram hesabında bu sözləri yazıb: "Bravo, "Neftçi". Əziyyətli bu qədər illərdən sonra çempion olmağa layiqsiniz".

"Qarabağ"ın paylaşımı altına şərh yazan Donald, Ağdam təmsilçisini futbolçularına hörmət etməyə dəvəvt edib:

"Qarabağ"ı tərk etdim, çünki daha yaxşı rəftara layiqəm. "Qarabağ" yaxşı klubdur və karyeramda mənim üçün böyük məna kəsb edir. Bu komandanın bir parçası olduğum üçün qürur duyuram və hörmət edirəm. İndi rəhbərlikdəki insanlar futbolçularına hörmət etməli olduğunu anlamalıdır, yoxsa "Neftçi" həmişə çempion olacaq".

WhatsApp Image 2021 05 20 at 12.05.31

 

WhatsApp Image 2021 05 20 at 12.09.51