Norveç millisi və APOEL-in üzvü Qayas Zahidlə hansı Azərbaycan klubunun maraqlandığı bəlli olub. 

Offsideplus.az "Goal.philenews" saytına istinadən xəbər verir ki, "Qarabağ" 27 yaşlı hücumameylli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Ağdam təmsilçisi norveçli futbolçuya  ildə 450 min avro maaş təklif edir.

Qeyd edək ki, Zahid ilə adı açıqlanmayan Türkiyə klublarından biri maraqlanır. Həmin klubun APOEL-in oyunçusuna 600 min avro maaş təklif etdiyi və Zahidin bu təklifi qəbul edəcəyi gözlənilir.