21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Offsideplus.az xəbər verir ki, məşqçilər korpusu 23 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, U-21 Ukrayna Futbol Federasiyasının dəvəti ilə mayın 25-dən 29-dək Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. Turnir üçün heyətə dəvət olunacaq futbolçuların yekun siyahısı mayın 24-də açıqlanacaq.

Millimiz turnir çərçivəsində ilk oyununu mayın 26-da Ukrayna, 27-də isə Özbəkistan yığmasına qarşı keçirəcək.

Nicat Mehbalıyev – "Sabah"

Rüstəm Samiqullin – "Sabah"

Əlirza Müştəbazadə – "Neftçi"

Rauf Hüseynli – "Qarabağ"

Arsen Ağcabəyov – "Sabah"

Rüfət Əhmədov – "Qəbələ"

Zamiq Əliyev – "Qarabağ"

Calal Hüseynov – "Zirə"

Mert Çelik – "Neftçi"

Rəşad Həsənov – "Keşlə"

Nihad Qurbanlı – "Neftçi"

Kamal Kazimov – "Kasımpaşa" (Türkiyə)

Xəyal Əliyev – "Sabah"

Asim Əlizadə – "Neftçi"

Şakir Seyidov – "Sabah"

Ədilxan Qarəhmədov – "Səbail"

Veysəl Rzayev – "Sabah"

Fərid Yusifli – "Neftçi"

Vüsal Əsgərov – "Neftçi"

İsmayıl Zülfüqarlı – "Neftçi"

Camal Cəfərov – "Sabah"

Vidadi Cəfərov – "Turan Tovuz"

Musa Qurbanlı – "Zirə"