Azərbaycan Birinci Divizionunda sonuncu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, həlledici turun bütün matçları eyni gündə baş tutub.

Çempion “Neftçi-2” “Zaqatala”nı böyük hesabla məğlub etdiyi halda (4:0), “Turan Tovuz” səfərdə MOİK-ə 3:1 hesabı ilə qalib gəlib.

17 may
 
14:00. "MOİK" – "Turan Tovuz" - 1:3
Qollar
: Elvin Nəsibov, 56 – Fuad Bayramov, 60, Elçin Qasımov, 81,  Vidadi Cəfərov, 85
Hakimlər: Rövşən Rəcəbov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
Binə qəsəbə stadionu
 
15:00. "Kəpəz" – "Sabah-2" - 1:0
Qol:
 Emil Qasımov, 75
Hakimlər: Kamranbəy Rəhimov, Səbuhi Soltanov, Taleh Məmmədov, Namiq Bəkirov
Gəncə şəhər stadionu
 
15:00. "Qarabağ-2" – "Qaradağ Lökbatan" - 0:1
Qol:
 Cavid Nəcizadə, 85
Hakimlər: Rauf Allahverdiyev, Zöhrab Abbasov, Elmin Süleymanov, Rauf Cabarov
“ASCO Arena”
 
16:00. "Keşlə-2" – "Sumqayıt-2" -1:1
Qollar:
 Aslan Bədəlzadə, 75 – Cəlal Cəbrayılov, 41
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu
“ASK Arena”
 
16:30. Zaqatala – Neftçi-2 - 0:4
Qollar
: Asim Əlizadə, 16, Vüqar Həsənov, 18, Nicat Musayev, 73, Vüsal Əsgərov, 80,
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elman Kərimov, Səbuhi Bayramov
“Neftçi” klubunun bazası (4-cü meydança)

Безымянный