Mayın 19-da Azərbaycan Premyer Liqasının qalibinin adına aydınlıq gələcək.

"Neftçi" - "Qarabağ" qarşılaşmasının qalibi 2020/21 mövsümünün çempionu olacaq.

Təbii ki, indiki halda ən çox narahatlıq keçirən hər iki komandanın sadiq azarkeşləridir. Matça 2 gün qalmış onlarında özlərinə görə planları, sürprizləri var.

Məsələni diqqət mərkəzində saxladığından, gərgin oyundan əvvəl "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyevin fikirləri ilə tanış olduq. Əliyev planlarla bağlı Offsideplus.az-a bunları dedi: "İnşallah, "Neftçi" çempion olar və 7 illik həsrətə son qoyular. Buna hədsiz ümidimiz və inamımız var. Ona görə də "Forza Neftçi" olaraq müəyyən planlar hazırlamışıq.

Oyunu monitor qarşısında izləmək üçün yer danışmışıq. "Neftçi" azarkeşləri olaraq karantin qaydalarına riayət edib, oyunu birlikdə izləyəcəyik. 

Komandamız qələbə qazanacağı təqdirdə isə çempionluq qutlaması olacaq. Bəzi sürprizlərimiz var, lakin bu haqda danışmaq istəmirəm. Çünki hər şeyi açıqlasaq, sürpriz olmayacaq. Ölkədəki məlum vəziyyəti bilirik və ona uyğun addımlar atacağıq. İnşallah, "Neftçi" qalib gəlib, hamımızı sevindirər".