21 yaşadək futbolçulardan ibarət yığma komandamızın üzvü Emre Kaplan Azərbaycan millisindən imtina edib.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı türkiyəli müdafiəçi bu barədə İnstaqram hesabında məlumat yayıb:

“Təşəkkürlər Azərbaycan. Azərbaycan millisinin formasını geyindiyim üçün çox qürurlu və xoşbəxt idim. Üzərimdə əməyi olan bütün məşqçilərə, birlikdə tər tökdüyümüz komanda yoldaşlarına minnətdaram. Dost və qardaş bir ölkənin gənclər komandasını tərk edərək bundan sonra “ay-ulduzlu” formanı tərlədəcəyimin həyacanını və qürurunu yaşayıram”.

Qeyd edək ki, “Başakşəhər”ə məxsus olan Emre Kaplan icarə əsasında “Bodrumspor”da çıxış edir.