Yuri Maksimov mövsümün sonunda “Keşlə”dən ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, ukraynalı mütəxəssisin ölkəsinin klublarından birini çalışdıra biləcəyi iddia olunur. Mütəxəssisin təxminən 1 həftə öncə Kiyevdə olduğu və adı açıqlanmayan klubun nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirdiyi bildirilib.

İddiaya görə, Maksimov özü də yenidən vətənində çalışmağın əleyhinə deyil. O, daha ciddi hədəfləri olan klubda işləmək istəyir.

Qeyd edək ki, “Keşlə”ni Azərbaycan kubokunun finalına yüksəldən ukraynalı mütəxəssis ölkəsində MOİK, “Obolon”, “Krivbass” və “Metallurq” (Donetsk) kimi komandaları çalışdırıb.