Mövsümün sonunadək "Sabah"la müqaviləsi olan Təmkin Xəlilzadə "Neftçi"yə mümkün transferi barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə İnstaqram səhifəsində paylaşım edib və "ağ-qaralar"la razılığa gəlmədiyini bildirib:

“Dostlar, hər birinizi salamlayıram. Bir neçə gündür mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda “Sabah” klubu ilə davam edən müqaviləm var. Bu səbəbdən, hər hansı bir klub ilə danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardır. İndiki halda, sadəcə üzvü olduğum klubun oyunlarına köklənmişəm. Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra, götür-qoy edib, qərar verəcəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəm”.