Birinci divizionda 25-ci tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. MOİK doğma meydanda "Sumqayıt-2"yə 2:1 hesabı ilə qalib gəlib. "Qaradağ Lökbatan" səfərdə "Zaqatala"ya 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Neftçi-2" dünən çempionluğu rəsmiləşdirib. "Zaqatala" və "Turan Tovuz"un isə mükafatçılar sırasında olacağı dəqiqləşib.

7 may (cümə)

MOİK - “Sumqayıt-2” - 2:1
Qollar: İlham Allahverdiyev, 20, 74 - Tahir Zeynalov, 24

“Zaqatala” - “Qaradağ Lökbatan” - 2:1
Qollar: Elvin Sərkərov, 35-avtoqol Xəlil Bəşirov, 70 - Elnur Səmədov, 90+5