21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.
Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, 26-28 mayda təşkil olunacaq turnirdə Özbəkistan və Tunis seçmələri də qüvvəsini sınayacaq. Millimiz ilk oyunda mayın 26-da Ukrayna yığması ilə qarşılaşacaq. U-21 ilk oyunun nəticəsindən asılı olaraq, mayın 28-də Tunis və ya Özbəkistan yığmalarından biri ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığma komandamız turnirə hazırlıq məqsədi ilə mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.