Premyer Liqanın 25-ci turunda "Zirə" ilə oyun (1:1) “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev üçün əlamətdar olub.

Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı qolkiper Ağdam klubunun heyətində çempionatda 50-ci oyununa çıxıb.  2015/16 mövsümündə debüt edən Məhəmmədliyev, 50 matçda 27 top buraxıb.

Şahruddin çempionatda 50 və ya daha çox oyun keçirən 62-ci futbolçu kimi klub tarixinə düşüb. Bundan əlavə, o, qapıçılar arasında buna nail olan 5-ci qolkiper olub.