Xəbər verdiyimiz kimi bu gün AFFA İntizam Komitəsinin iclası olub.

Offsideplus.az xəbər verir ki, iclasda əsas söhbət mövzusu "Sabah" - "Neftçi" (2:2) matçında yaşananlar olub ki, hər iki kluba ümumilikdə 13200 manatlıq cərimələr kəsilib, "Neftçi"nin baş məşqçisi Samir Abasovla (2 oyunluq cəza, kluba 4000 AZN cərimə) "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə (4 oyunluq cəza, 3200 AZN cərimə) ağır cəzalara məruz qalıb.

"Neftçi" klubu baş məşqçi Samir Abasova verilən 2 oyunluq cəza ilə bağlı apellyasiya şikayəti edəcək. 

Bunu saytımıza açıqlamasında komandanın Mətbuat və Marketinq şöbəsinin rəhbəri Rüstəm Allahverdiyev deyib. O, qərarla razılaşmadıqlarını və bununla bağlı müvafiq şikayət edəcəklərini bildirib.

"Sabah" klubunun mətbuat katibi Elnur Həmidov isə Təmkin Xəlilzadəyə verilən cəza ilə bağlı hələlik dəqiq qərara gəlmədiklərini bildirib.