Bakıda təlim-məşq toplanışını davam etdirən 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaları hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə U-17-nin xeyrinə başa çatıb. U-17-nin heyətində Samir Ağayev və Sənan Ağalarov fərqlənib.

U-19-un qoluna isə Zöhrab Əsədov imza atıb.