Paytaxt Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, “Zirə”nin U-19 komandası ilə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb.

Seçməmizin qollarını İbrahim Ağayarov və Sənan Ağalarov vurub.