Aprelin 25-də Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunları keçiriləcək.

Offsideplus.az xəbər verir ki, komandalardan 2-si - "Neftçi"ylə "Səbail" sarı vərəqə limitini doldurmuş aparıcı futbolçularının xidmətindən yararlana bilməyəcək. Bunlar "ağ-qaralar"dan Yusuf Laval, "dənizçilər"dən isə milli üzvü Amil Yunanovdur.

Qeyd edək ki, eyni gündə baş tutacaq qarşılaşmalarda "Keşlə" - "Səbail"i, "Sabah" "Neftçi"ni, " Zirə" "Sumqayıt"ı qəbul edəcək. Bölgədəki yeganə matçda "Qarabağ" "Qəbələ"nin qonağı olacaq.