Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" matçında gərgin anlar yaşanıb.

Offsideplus.az xəbər verir ki, ikinci hissənin gedişində meydan sahiblərinin futbolçusu Abdullah Zubirə qarşı sərt oynayıb. Görüşün baş hakimi Rəşad Əhmədov həmin oyunçuya sarı vərəqə göstərməsə də, qayda pozuntusu qeydə alıb. 

"Sumqayıt" rəsmisi Elnur İbişov isə referinin bu qərarına qəzəblənib. O, həmin epizodda heç nəyin olmadığını bildirib.

Oyunu tribunadan izləyən "Qarabağ"ın zədəli qapıçısı Şahruddin Məhəmmədəliyev klub rəsmisinin reaksiyasına etiraz edib. "Necə yəni heç nə yox idi, görmürsən?!" -  deyən qolkiperlə İbişov arasında kiçik "atışma" olub.

Tərəflər qısa müddət sonra yanlış anlaşılma olduğunu bildirərək məsələni yoluna qoyublar.