Birinci divizionda 18-ci turdan təxirə salınmış oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, "Sabah-2" "Neftçi-2"ni qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 52-yə yüksəldən "Neftçi-2" vahid lider olub. "Zaqatala" 49 xalla 2-ci, "Turan Tovuz" 46 xalla 3-cüdür.

20 aprel

"Sabah-2" - "Neftçi-2" - 0:2
Qollar: Vüsal Əsgərov, 32, Famil Camalov, 74