"Neftçi"nin futbolçusu Keysuke Honda Afrikadakı layihələrə yatırım edəcək.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə tvitter hesabında yazıb.

"Bu yaxınlarda Afrikadakı startaplarla iki onlayn görüşüm oldu. Problemlər çoxdur və düşünürəm ki, onlara investisiya qoyacağam".

Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.