Premyer Liqamızın 23-cu turu çərçivəsində keçirilən "Səbail" - "Qarabağ" matçında qonaqlar ciddi itki ilə üzləşib.

Görüşün 26-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Amil Yunanov Şahruddin Məhəmmədəliyevlə təkbətək qaldığı epizodda qapıçının başına zərbə endirib.

Başı yarılan qolkiperə ilkin yardım göstərildikdən sonra o Emil Balayevlə əzəvlənib.

Qeyd edək ki, hazırda qarşılaşmada hesab 0:0-dır.