Premyer Liqamızın 23-cü turunda "Neftçi"nin qonağı olacaq "Zirə" oyuna ciddi itki ilə çıxacaq.

Offsideplus.az xəbər verir ki, komandanın kapitanı Ağabala Ramazanov bu matçı buraxacaq. O, sarı vərəqə limitini doldurduğundan cəzalı duruma düşüb.

Qeyd edək ki, aprelin 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Zirə" oyunu saat 20:15-də başlayacaq.