"Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimli açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Milli üzvü Premyer Liqanın 22-ci turunda baş tutan “Sumqayıt”la oyundan sonra (4:1) klubun saytına danışıb. İsmayıl həmçinin çempionatdakı hazırkı durumdan söz açıb: “Matça çox ciddi hazırlaşmışdıq. “Sumqayıt”la oyunlarımız həmişə maraqlı və gərgin keçir. Vacib qələbə qazandıq və aktivimizə mühüm 3 xal yazdırdıq. İndi “Səbail”lə qarşılaşmaya köklənməliyik. Bizi səfərdə çətin görüş gözləyir. Ümid edirəm ki, bu oyun da komandamız üçün yaxşı alınacaq. Marafonun son dövrəsindəyik və çox yaxşı anlayırıq ki, səhv etmək olmaz. Hər qarşılaşmaya ciddi yanaşırıq”.

Qeyd edək ki, İbrahimli "Sumqayıt"a qarşı 90 dəqiqə mübarizə aparıb.