"Sabah" yanvar ayında icarəyə götürdüyü futbolçunu birbaşa heyətinə qatıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu Tiemoko Fofananın transfer hüququna yiyələnib. Finlandiyanın "İlves" klubu ilə razılığa gələn "Sabah", 21 yaşlı hücumçunu birbaşa transfer edib. Afrikalı forvardla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bu mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirən Fofana, 1 qol vurub.

 

Sabah üç ay əvvəl gətirdiyi futbolçu ilə müqavilə bağladı