Premyer Liqamızın 22-ci turunda hazırda "Qarabağ"la qarşılaşan "Sumqayıt" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisinin hücumçusu Əli Qurbani zədələnərək meydanı tərk edib. Qarşılaşmanın 59-cu dəqiqəsində "Qarabağ"ın qapısına yol tapan millimizin üzvü 70-ci dəqiqədə sıradan çıxıb. Əzələsi dartılan forvardı Rüfət Abdullazadə əvəzləyib.

Qeyd edək ki, görüş 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.