Bu gün Azərbaycan futbolunun tanınmış simalarından biri, vaxtilə "Neftçi"nin əvəzedilməz oyunçularından olan Cavadovlar nəslinin məşhur üzvü Füzuli Cavadov koronavirus xəstəliyindən dünyasını dəyişib.

Gözlənilirdi ki, Premyer Liqamızın 22-ci turu çərçivəsində bu gün keçirilən "Zirə" - "Keşlə" və "Qarabağ" - "Sumqayıt" matçlarından əvvəl mərhumun xatirəsinə 1 dəqiqəlik sükut elan edilə, ancaq bu baş vermədi.

Ömrünün çox hissəsini Azərbaycan futbolu üçün "xərcləyən", millimizin sabiq üzvü Vaqif Cavadovun atası Füzuli Cavadovun xatirəsinə biganəlik birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Peşəkar Futbol Liqası ilə əlaqə saxlamağa çalışsaq da, bazar günü olduğundan istədiyimiz alınmadı.

Mövzuya qayıdacağıq...