Yığmamızın debütantı Anatoli Nuriyev Ukrayna mətbuatına danışıb.

İlk dəfə milli formasında Portuqaliya, Qətər və Serbiyaya qarşı mübarizə aparan "Minay"ın futbolçusu xoşbəxt olduğunu söyləyib.

Offsideplus.az Nuriyevin dediklərini təqdim edir: "Yığmaya qoşulmamışdan əvvəl kimlərlə oynayacağımı bilmirdim. Meydanda o qədər də fikir vermirsən, amma duyğular azalanda, Ronaldo, Fernandeş, Tadiç, ümumiyyətlə, Portuqaliya və Serbiya milli komandalarının bütün üzvlərinə qarşı meydana çıxmağın nə qədər şərəfli və xoş olduğunu anlayırsan. Mənim üçün çox yaxşı təcrübə oldu.

Kriştiano Ronaldo? Onu izləmək maraqlı idi. Karyerasında çox şey əldə edən və böyük nailyyətlər qazanan adamdır. Ona qarşı oynamaq xoş idi".

Qeyd edək ki, Anatoli 3 oyunda 169 dəqiqə meydanda olub.