Bu gün futbol üzrə Azərbaycan 1-ci Divizionunda 20-ci turun 2 oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, "Sabah-2" MOİK-in qonağı olub. Bakı təmsilçisi rəqibinə 0:3 hesabı ilə qalib gəlib. Digər görüşdə isə "Keşlə-2" "Turan Tovuz"u qəbul edib. Görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Turun digər oyunları sabah keçiriləcək.

7 aprel

MOİK – "Sabah-2" - 0:3
Qol: Camal Cəfərov, 59; 81. Əşrəf Zeynallı, 90+9.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Teymur Teymurov, Rövşən Rəcəbov.
Binə qəsəbə stadionu.

"Keşlə-2" – "Turan Tovuz" - 1:0
Qol: Xəzər Mahmudov, 65.
Hakimlər: Səbuhi Bayramov, Kərim Zeynalov, Səbuhi Soltanov, Kamranbəy Rəhimov.
“ASK Arena”.