"Mançester Yunayted" klubunun əfsanəvi baş məşqçisi Sir Aleks Ferqyusson iki gün əvvəl səhər saatlarında xəstəxanaya yerləşdirilib. 

Offsideplus.az  xəbər verir ki, 76 yaşlı mütəxəssisə  beyin qanaması diaqnozu qoyulub və dünən təcili beyin əməliyyatı keçirib. Onun vəziyyətinin yaxşılaşdığı, lakin tam sağalması üçün vaxta ehtiyacı olduğu qeyd olunur. 
 
Qeyd edək ki, Ferqyusson 1986-2013-cü illərdə "Mançester Yunayted"ə rəhbərlik edib.