Futbol üzrə Azərbaycan 1-ci divizionunda 19-cu turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün daha iki matç keçirilib.

“Neftçi-2” doğma meydanda MOİK-i qəbul edib. “Ağ-qaralar” rəqibini 7 cavabsız qolla məğlub edib. “Zaqatala” səfərdə “Sabah-2” üzərində qələbə qazanıb - 4:3.

Tura sabah yekun vurulacaq.

2 aprel

"Neftçi-2" – MOİK - 7:0
Qollar: Vüsal Əsgərov, 33. Asim Əlizadə, 36; 69-pen. Emin Zamanov, 46. Famil Camalov, 57. Valeh Qəhrəmanlı, 85. Əli Mürsəlov, 90+4.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
“Neftçi” klubunun bazası (4-cü meydança), 15:00

"Sabah-2" – "Zaqatala" - 3:4
Qollar: Fərid Kərimzadə, 24. Samir Məhərrəmli, 64. Əli Abdullayev, 89-avtoqol – Bəhruz Teymurov, 45; 54-pen. Xəqani Sadıxov, 48. Əsədulla Heydərov, 71.
Qırmızı vərəqə: Sultan Mustafayev, 39 (“Sabah-2”).
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Vüqar Həsənli
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)