Futbol üzrə Azərbaycan 1-ci divizionunda 19-cu tura start verilib.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Turun açılış matçında “Turan Tovuz" “Qarabağ-2"yə qalib gəlib. Bununla da "Turan Tovuz" turnir cədvəlində vahid lider olub. 

Günün digər görüşündə isə “Qaradağ Lökbatan” “Keşlə-2"yə uduzub.

1-ci divizion, 19-cu tur

1 aprel

15:00. "Turan Tovuz" – "Qarabağ-2" - 2:1
Qollar: Vidadi Cəfərov, 18; 64 - Sultan Mustafayev, 59.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Tovuz şəhər stadionu

15:00. "Qaradağ Lökbatan" – "Keşlə-2" - 0:1
Qol: Emin Quliyev, 48.
Hakimlər: Rəşad Əhmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu