Kriştiano Ronaldo Lüksemburqla oyunda rəqib qapısına yol tapmaqla Portuqaliya millisindəki qolların sayını 103-ə yüksəldib, dünya rekorduna bir addım da yaxınlaşdı.

Offsideplus.az xəbər verir ki, dünya ulduzu yığmadakı son 14 qoldan 11-ni Andorra, Litva və Lüksemburqun qapısına vurub. Ronaldo litvalıları 7 dəfə oyuna mərkəzdən başlamağa dəvət edibsə, lüksemburqluların qapısına 3 dəfə yol tapıb. Hərəsinə 1 qol olmaqla Andorra və Ukrayna millilərini məyus edibsə, İsveç yığmasının qapısından 2 top keçirməyə müvəffəq olub.

Qeyd edək ki, Kriştiano yığma karyerasında ən çox Litva ilə İsveçi məyus edib – hərəsini 7 dəfə. Lüksemburq və Andorra millilərinin qapılarına 6 top vurub.

Qeyd edək ki, Ronaldo milli karyerasında daha 6 dəfə fərqlənsə, iranlı Əli Daeinin rekordunu yeniləyəcək.