Bu gün DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi Serbiya yığması ilə üzləşəcək.

Offsideplus.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi komanda meydana aşağıdakı heyətlə çıxacaq:

Şahrudin Məhəmədəliyev - Maksim Medvedev, Elvin Bədəlov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Azər Salahlı - Vüqar Mustafayev, Emin Mahmudov, Anatoliy Nuriyev - Mahir Emreli, Əli Qurbani.

Ümumilikdə 64 yaşlı mütəxəssis Serbiya ilə oyun üçün bu futbolçuları seçib:

Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov
 
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə
 
Yarımmüdafiəçilər
: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov
 
Hücumçular:
 Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev

Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov, Xəyal Nəcəfov, Namiq Ələsgərov De Byazi tərəfindən sifariş ərizəsinə salınmayıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək görüş bu gün saat 20:00-da başlayacaq (Football.az).