U-21 mill təlim-məşq toplanışı çərçivəsində növbəti, eləcə də son yoxlama görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı kollektivin rəqibi  "Qəbələ" olub. Bol qollu keçən matçda qapılara 5 qol vurulub ki, bölgə təmsilçisi qələbəyə sevinib.

U-21 millisi - "Qəbələ" 2:3

Qollar: M.Qurbanlı, 28. R.Abdullazadə, 34 - S.Vukçeviç, 24. Ü.İsgəndərov, 25. C.Adeniyi, 74-pen.
Baş hakim: Kamal Umudlu.
Bakı. "Bakcell Arena" stadionu.

 

Xatırladaq ki, 21 yaşlılar buna qədər 3 sınaq oyununa çıxmışdı. "Qarabağ"ı məğlub edən (4:2) yığmamız "Neftçi"yə uduzub (1:3), I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la məhsuldar heç-heçə etmişdi - 3:3. "Qəbələ" isə Premyer Liqadakı fasilə müddətində "Zirə"ni yoxlama matçında 2:1 hesabıyla yenmişdi.