“Sabah” klubunun baş məşqçisi Ramin Quliyev “Sumqayıt”a qarşı keçirdikləri yoxlama oyunu barədə fikirlərini bölüşüb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 3:2 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

“Bu gün oyunçuların son həftə ərzində məşqlərdə işlədiyimiz taktiki gedişləri həyata keçirməsi, ümumiyyətlə oyuna yanaşmaları tərifə layiq idi. “Sumqayıt” özünəməxsus oyun tərzi olan və sürətli, dinamik futbol oynayan kollektivdir. Fikrimcə, hər iki komanda baxımlı oyun nümayiş etdirməyə çalışdı. Oyunun müsbət cəhətlərindən biri də xeyli gənc oyunçuya oynamağa imkan yaranması və bəzi futbolçuların özlərini çox yaxşı tərəfdən göstərməyi bacarması oldu”.